Yüz minlərlə Çin avtomobili geri çağırıldı

 16:39 30.09.2024     462

Yüz minlərlə BYD avtomobilinin təmirə ehtiyacı var. Öz ölkəsində elektrikli avtomobil satışında lider olan Çin avtomobil nəhəngi 100 minə yaxın avtomobilini geri çağırdığını açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə "car news China" Çinin Bazar Tənzimlənməsi üzrə Dövlət Administrasiyasının (SAMR) məlumatlarına əsaslanaraq yazır.

96 714 ədəd "Dolphin" və "Yuan Plus" (digər adı Atto 3) avtomobillərin elektrik sükanının idarə edilməsində təhlükəli qüsur aşkar edilib. Qapalı qapaq EUR idarəetmə blokunun lövhəsindəki kondansatörlərə toxuna bilər və mikro çatların əmələ gəlməsinə səbəb ola bilər. Avtomobil sürərkən bu çatlar böyüyə və qısaqapanma, həddindən artıq istiləşmə və yanğın təhlükəsi yarada bilər. BYD Çin dilerləri çatlar riskini aradan qaldırmaq üçün idarəetmə blokunu pulsuz olaraq izolyasiya contaları ilə təmin edəcəklər.

Hər iki model xarici bazarlara təqdim edilsə də, hələlik söhbət yalnız Çində satılan elektromobillərdən gedir.

Sevinc İBRAHİMZADƏ