"Mazda" isti oturacaqlarına görə məhkəməyə verildi

 17:45 30.09.2024     492

"Mazda" oturacaqların çox qızdırıldığı üçün məhkəməyə verildi.

Redaktor.az carscoops-a istinadən xəbər verir ki, ABŞ-də şirkətə qarşı qrup davası açılıb.

Hesabatda 2018-ci il "Mazda6"nın sahibləri şikayət ediblər ki, sedanın oturacaqları təhlükəli temperaturlara qədər qıza bilir, bu da sürücü və sərnişinlərin yanıqlarına səbəb olur. Bir neçə iddiaçı isti oturacaqlar nəticəsində ciddi xəsarət aldıqlarını iddia edir.

Kaliforniyada qaldırılan qrup iddiasına görə "Mazda"oturacaqların qızdırılması ilə bağlı problemi çoxdan bilir. Buna baxmayaraq, o, potensial alıcılara xəbərdarlıq etmədən sedanı satmağa davam edib. Yəni o, ciddi təhlükəsizlik riski yaradan qüsurlu avtomobilləri bilərəkdən sataraq minlərlə Kaliforniya vətəndaşını riskə atıb.

İndi onlar şirkətin məhkəməyə verilməsini və dəymiş ziyanın ödənilməsini istəyirlər. Şikayətçilər həm də "Mazda"dan tibbi xərcləri, cəza və əlilliklə bağlı digər zərərlərə görə dəymiş ziyanı da ödəməsini tələb edirlər.

Sevinc İBRAHİMZADƏ