Ay stansiyası üçün simulyator tikiləcək

 17:42 01.10.2024     53

Avropa Kosmik Agentliyi perspektivli Ay stansiyası üçün simulyator quracaq.

Redaktor.az xəbər verir ki, bu barədə “European Spaceflight” məlumat yayıb.

Simulyatorun yaradılması zamanı Beynəlxalq Kosmik Stansiyada sınaqdan keçirilən Kəşfiyyat Təlim Cihazından istifadə edilməsi planlaşdırılır. Danimarka tərəfinin hazırladığı bu avadanlıq güc hazırlığı, velosiped sürmə, avarçəkmə və kəndir çəkmə kimi müxtəlif fiziki məşqləri yerinə yetirməyə imkan verir.

Ay stansiyasında tədqiqatlar insanların iştirakı olmadan aparıla biləcək.

Türkan İSGƏNDƏRLİ