Qəribə dizayna malik klaviatura təqdim edildi

 11:27 03.10.2024     108

"Google" son dərəcə qeyri-standart dizayna malik qəribə klaviatura təqdim edib.

Redaktor.az xəbər verir ki, "Double-Sided Gboard" adlanan yeni inkişaf möbius lento formasında yaradılıb və klaviaturaların oriyentasiyası ilə bağlı problemi həll etmək üçün nəzərdə tutulub. Onu hər iki tərəfdən istifadə etmək olur.

Əlbəttə ki, "Google"un bu cihazı bazara çıxarmaq planları yoxdur, lakin şirkət öz-özünə montaj üçün təlimatlar və mənbə faylları dərc edib.

Klaviaturada 26 x 8 şəbəkədə yerləşdirilmiş 208 düymə var və hər düymə üçün RGB işıqlandırması var. Qoşulma USB Type-C vasitəsilə həyata keçirilir və cihazın çəkisi “donuts”da göstərilib – spesifikasiyaya görə 20,8 ədəddir.

Maraqlı yanaşmaya baxmayaraq, bir çoxları artıq belə bir klaviaturanın gündəlik istifadə üçün son dərəcə əlverişsiz göründüyünü qeyd edib.

Sevinc İBRAHİMZADƏ