"Word" faylları saxlamaq əvəzinə sildi
Naməlum xətaya görə, "Microsoft Word" mətn redaktoru sənədləri saxlamaq əvəzinə onları silib.
Redaktor.az xəbər verir ki, bunu “Bleeping Computer” qeyd edib.
"Microsoft" özü də problemi etiraf edib. Mütəxəssislərin fikrincə, nadir hallarda proqram faylı saxlayarkən onu silə bilər. Bu, yalnız istifadəçi mətn faylını bağladıqda və onu saxlamaq üçün proqramın təklifini qəbul etdikdə baş verir.
Əlavə olaraq, faylı genişləndirilməsi ilə böyük hərflərlə (məsələn, .DOCX və ya .RTF) saxlasanız, xətanın baş vermə ehtimalı daha yüksəkdir. Şirkət istifadəçiləri əmin edib ki, problem yalnız "Microsoft 365" versiyası 2409 və 18025.20104 quruluşu üçün "Word"də müşahidə olunub.
"Microsoft" proqramçıları problemi araşdırarkən şirkət mətn sənədlərini əl ilə saxlamağı tövsiyə edib.
Sevinc İBRAHİMZADƏ