"Apple" rəqabətə doymur - 2026-cı ildə...

 10:20 09.10.2024     456

"Apple" 2026-cı ilə qədər "Samsung Galaxy Ring" ilə rəqabət aparacaq ağıllı üzüyünü təqdim etməyi planlaşdırır.

Redaktor.az xəbər verir ki, CCS Insight analitiklərinin fikrincə, üzük 2024-cü ildə "Vision Pro" qulaqlıqlarının satışa çıxarılmasından sonra "Apple" ekosistemində ilk yeni cihaz olacaq.

"CCS Insight"ın baş analitiki Ben Vud qeyd edib ki, sağlamlıq "Apple" üçün vacib sahədir.

Onun sözlərinə görə, Tim Kukun sağlamlıq məhsullarının inkişafına verdiyi töhfə "Apple" sədrinin əsas miraslarından biri olacaq. Ağıllı üzük "Apple Watch" və digər cihazların imkanlarını tamamlayaraq bu strategiyanın məntiqi davamı olacaq.

Ağıllı saat kimi üzük də ürək döyüntüsü kimi müxtəlif sağlamlıq göstəricilərini izləyə biləcək.

Sevinc İBRAHİMZADƏ