"Google Xəritə"dən yeni funksiya - Parklama yeri rezervi

 17:21 09.10.2024     82

"Google Xəritə"də yeni funksiya təqdim edilib.  Belə ki, artıq hər bir avtomobil sahibi parkinq yeri rezerv edə biləcək.

Redaktor.az xəbər verir ki, aprel ayında "Google" onlayn parkinq rezervasiyası xidməti "SpotHero" ilə əməkdaşlığa girib, lakin o zaman bu funksiyalar yalnız bəzi testerlər üçün əlçatan idi. İndi isə yeni funksiyadan hər kəs istifadə edə bilər.

İstifadəçiyə yolda parkinq yeri bron etməli olduqda, onun etməli olduğu yeganə şey "Google Xəritə"ni açıb uyğun yer tapmaqdır. Əgər parkinq mövcuddursa və boş yer varsa, "Onlayn rezervasiya et" düyməsi görünəcək və bu düyməyə klikləməklə istifadəçi parkinq rezervasiya edə biləcəkləri "SpotHero" veb saytına yönləndiriləcək.

Sevinc İBRAHİMZADƏ