"Telegram" bu ölkədə öz ofisini AÇACAQ

 10:23 14.10.2024     472

Qazaxıstan Rəqəmsal İnkişaf Nazirliyinin rəhbəri Jaslan Madiev bildirib ki,  "Telegram" messencer ölkədə öz ofisini açacaq.

Redaktor.az xəbər verir ki, bu barədə Sputnik Qazaxıstan yazır.

""Telegram" ilə öz nümayəndələrini təyin etmək və ofis açmaq üçün razılıq əldə olunub. Bu məzmuna nəzarəti artırmaq üçün mühüm addımdır", - nazir bildirib.

Madiyevin sözlərinə görə, Qazaxıstanın Rəqəmsal İnkişaf Nazirliyi qeyri-qanuni məzmunun operativ şəkildə silinməsi və zərərverici kanalların bloklanması üçün messencerlə fəal əməkdaşlıq edir.

Sevinc İBRAHİMZADƏ