Süni intellekt beton konstruksiyalardakı çatları proqnozlaşdıracaq

 11:48 15.10.2024     400

Şarja Universitetinin alimləri dəmir-beton konstruksiyaların nə vaxt və nə üçün korroziyaya, yaxud çatlamağa başladığını təxmin edə bilən maşın öyrənmə modelləri hazırlayıblar. Beton, gücünə baxmayaraq, polad elementlərin korroziyasına görə məhv olmağa həssasdır və bu da nəticədə parçalanmaya səbəb olur.

Redaktor.az xəbər verir ki, bu barədə araşdırma “Scientific Reports” jurnalında dərc edilib. 

Belə ki,  yaş, qalınlıq, temperatur və nəqliyyat səviyyəsi daxil olmaqla, deqradasiyaya təsir edən amillər təsvir edilib. Məlumatların təhlili əsasında illik temperatur, yağıntı və rütubət kimi strukturların davamlılığına təsir edən əsas parametrlər müəyyən edilib.

Tədqiqatın aparıcı müəllifi, professor Qazi Əl-Xatib bildirib ki, tapıntılar mühəndislərə potensial problemləri proaktiv şəkildə aşkar etməyə və qarşısının alınması strategiyaları hazırlamağa kömək edə bilər. Reqressiya analizinə əsaslanan maşın öyrənmə modelləri uğursuzluğun proqnozlaşdırılmasında yüksək dəqiqlik göstərib.

Professor Əl-Xətib dəmir-beton konstruksiyaların saxlanmasını planlaşdırarkən kritik amillərin nəzərə alınmasının vacibliyini vurğulayıb ki, bu da onların davamlılığını və təhlükəsizliyini əhəmiyyətli dərəcədə artıra bilər.

Sevinc İBRAHİMZADƏ