"Telegram" qadağan olunmuş məlumatları silməkdən imtina etdiyi üçün CƏRİMƏLƏNDİ

Moskvanın Taqanski Məhkəməsi "Telegram"ı Rusiya Federasiyasında qadağan olunmuş məlumatları silməkdən imtina etdiyinə görə 4 milyon rubl cərimələyib.
Redaktor.az xəbər verir ki, bu barədə TASS-a məhkəmənin mətbuat xidməti məlumat verib.
“Moskvanın Taqanski Rayon Məhkəməsinin qərarı ilə "Telegram Messenger Inc." Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 13.41-ci maddəsinin 2-ci hissəsinə (sayt sahibinin saytdakı məlumatları silməməsi) uyğun olaraq inzibati xəta törətməkdə təqsirli bilinib. Məhkəmə 4 milyon rubl məbləğində inzibati cərimə tətbiq etdi", - deyə mətbuat xidməti bildirib.
Turan İSMAYIL