Çin yeni peykini orbitə buraxdı

Çin Yerin məsafədən zondlanması "Gaofeng-12 05" peykini orbitə buraxıb.
Redaktor.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Məlumata görə, peyk "Long March-4C" raketi ilə Jiuquan peyk buraxılış mərkəzindən kosmosa göndərilib. Buraxılış uğurla başa çatıb.
"Gaofeng-12 05"in kənd təsərrüfatı, şəhərsalma, yol şəbəkəsinin dizaynı və fəlakətlərin aradan qaldırılmasında İstifadə ediləcəyi gözlənilir.
Türkan İSGƏNDƏRLİ