"WhatsApp"dan daha bir YENİLİK

 17:59 17.10.2024     119

"WhatsApp"da artıq söhbət siyahıları yaratmaq imkanı olacaq.

Redaktor.az xəbər verir ki, bu barədə "WABetaInfo" məlumat yayıb.

Məlumata görə, “WhatsApp” istifadəçiləri həm qrup, həm də şəxsi söhbətləri siyahılara toplayıb onlara ad verə biləcəklər. Bu siyahının sayı 20-dən çox ola bilməz. Onların tərkibindəki ad və şəxsləri redaktə etmək olacaq.

Bildirilir ki, yeni funksiya ünsiyyəti sadələşdirməyə və vacib məlumatları qaçırmamağa imkan verəcək.

Türkan İSGƏNDƏRLİ