"Instagram" yeni funksiyasını sınaqdan keçirir

 16:47 18.10.2024     89

"Instagram" istifadəçilərə söhbətlərdə göndərdikləri və ya qəbul etdikləri məzmuna asanlıqla daxil olmaq imkanı verəcək yeni "Sosial Kitabxana" funksiyası üzərində işləyir.

Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, test artıq başlayıb.

"Sosial Kitabxana"ya yazılar, videolar və "digər media növlərinin daxil ediləcəyi gözlənilir. Axtarış funksiyası istifadəçilərə kitabxanada konkret məzmunu daha asan tapmağa imkan verəcək.

"Meta"nın bu funksiyanı nə vaxt ictimaiyyətə təqdim etməyi planlaşdırdığı bəlli deyil. Şirkət hələlik vaxt çərçivəsini dəqiqləşdirməyib.

Sevinc İBRAHİMZADƏ