"Fiat" məşhur modelin istehsalını dayandıracaq

 17:13 18.10.2024     529

"Fiat" satışların aşağı olmasına görə "Panda" modelin istehsalını dayandıracaq.

Redaktor.az xəbər verir ki, bu barədə İtaliyanın "Ansa" xəbər agentliyi yerli birliyə istinadən məlumat yayıb.

Belə ki, üçüncü rübdə tədarüklər 17 faiz azalıb və bəzi modellərə tələbat azaldığı üçün "Stellantis" Avropa bazarında yaxşı satış edə bilməyib. Ona görə də şirkət noyabr ayında İtaliyadakı "Pomigliano d'Arco" zavodunda istehsalı yavaşlatmaq və "Panda" modelin istehsalını bir neçə gün dayandırmaq qərarına gəlib.

"Stellantis" istehsalın dayandırılması zərurətini mövcud bazar şərtlərinə uyğunlaşma və resursların effektiv idarə edilməsi kimi qiymətləndirib. Noyabr ayında "Panda"nın bazara çıxarılması ilə Termoli və Pratola Serradakı iki mühərrik zavodu da bağlanacaq.

"Panda" "Fiat"ın ən qədim modellərindən biridir və 1980-ci ildən istehsal olunur. 2023-cü ildə 40 illik yubileyi şərəfinə "Panda Cross" əsasında məhdud sayda "Panda 4x40°" təqdim edilib.

2024-cü ildə "Fiat Pandina" versiyası adi "Panda" ilə paralel olaraq satılmağa başladı və ən azı üç il istehsal xəttində qalacaq. Texniki baxımdan "Pandina" eyni "Panda Cross"-u təkrarlayır, lakin genişləndirilmiş əsas avadanlıqla o, Avropada yeni avtomobillər üçün məcburi olan aktiv təhlükəsizlik sistemlərini ehtiva edir.

Sevinc İBRAHİMZADƏ