"Apple" süni intellekt tətbiq etməyə tələsmir

 10:25 22.10.2024     422

"Apple" CEO-su Tim Kuk şirkətin innovasiyaların olmaması ilə bağlı tənqidlərə cavab verib. O bildirib ki, komandası "birinci deyil, ən yaxşısı olmaq" fəlsəfəsini izləyir.

Redaktor.az xəbər verir ki, bu barədə "Apple" şirkətinin rəhbəri WSJ-yə danışıb.

Onun sözlərinə görə, "Apple"ın prioriteti həmişə istifadəçilərin həyatını yaxşılaşdıran yüksək keyfiyyətli məhsullar yaratmaq olub.

Kuk etiraf edib ki, "Apple" süni intellekt tətbiq etməyə tələsmir və bunu sürətdən çox keyfiyyət istəyi ilə izah edib. O qeyd edib ki, şirkətin yenilikləri, o cümlədən "Apple Intelligence", sonda "iPhone"un toxunma interfeysi və ya "iPod" təkərindən heç də az əhəmiyyət kəsb etməyəcək.

Kuk şirkətin "iPhone" və "AirPods" kimi uğurlu məhsullarının bir gecədə məşhurlaşmadığını vurğulayıb.

Sevinc İBRAHİMZADƏ