Smartfonlarda uçuş rejiminın əhəmiyyəti nədir?

 17:51 22.10.2024     451

Bu gün əksər mobil cihazlarda uçuş rejimi mövcuddur. Bu funksiya telefonda istənilən şəbəkəni müvəqqəti olaraq söndürməyə imkan verir.

Bəs bu rejim hansı hallarda zəruridir?

Redaktor.az-ın məlumatına görə, uçuş rejimini aktivləşdirdikdə smartfonundakı radio siqnalları tələb edən bütün funksiyalar deaktivləşir. Bunlar mobil rabitə, Wi-Fi, Bluetooth, NFC-dir.

Bu rejimin əsas məqsədi hava nəqliyyatı qaydalarına riayət etməkdir. Təyyarələr hələ də simsiz bağlantıları söndürməyi tələb edir və bunun ən asan yolu uçuş rejimini aktivləşdirməkdir.Bunu etdikdən sonra yenə də cihazdan istifadə etməyə davam etmək mümkündür. Uçuş rejiminin akiv olması batareya enerjisinə qənaət etməyə də kömək edir. 

Bundan əlavə, bəzi yerlərdə mobil rabitə və digər radio siqnallarından istifadə qadağandır. Bunlar, məsələn, bəzi xəstəxanalar, sənaye müəssisələri, tədqiqat laboratoriyalarıdır. Çünki belə yerlərdə smartfon avadanlığın işinə mane ola bilər. Həmçinin uçuş rejiminin aktivləşməsi mühüm görüşlər və ya tədbirlər zamanı da faydalı ola bilər. Beləliklə, zənglər və mesajlar əlçatan olmayacaq.

Sevinc İBRAHİMZADƏ