Məşhur şirkətin işçiləri kütləvi şəkildə işdən ayrılırlar

 09:36 23.10.2024     476

"Samsung Electronics"in yarımkeçirici bölməsi böyük işçi itkisi ilə üzləşib.

Redaktor.az Cənubi Koreyanın "The Elec" nəşrinə istinadən xəbər verir ki, bunun əsas səbəbləri qabaqcıl texnologiyalarda rəqabət qabiliyyətinin aşağı olması və iri müştərilərə HBM yaddaşının verilməsində gecikmələr olub. Nəticədə bir çox mühəndis rəqib "SK Hynix"ə qoşulmaq üçün müraciət edib.

Beləliklə, təxminən 200 "Samsung" əməkdaşı "SK Hynix"də aşındırma texnologiyası üzrə üç açıq vəzifəyə cavab verib və bu, geniş etiraza səbəb olub. Bundan əlavə, "SK Hynix"in gənclərin işə qəbul sistemi də "Samsung"dan getdikcə daha çox namizəd cəlb edir.

Bəzi işçilər dövlət tədqiqat institutlarına, məsələn, Koreya Elektronika və Texnologiya İnstitutuna (KETI) getməyi seçirlər, burada son işə qəbul olunanlardan çoxu doktorluq dərəcəsi alıblar.

Buna cavab olaraq "Samsung" rəhbərliyi problemi etiraf edib və işçiləri mövcud çətinliklərə baxmayaraq fəal işləməyə təşviq edib.

Sevinc İBRAHİMZADƏ