"Tesla"nın səhmləri artdı

 12:15 24.10.2024     457

Amerika avtomobil istehsalçısı "Tesla"nın səhmləri 12 faiz artaraq şirkətin kapitalına 80 milyard dollar əlavə edib.

Redaktor.az "Bloomberg"-ə istinadən xəbər verir ki, bu, üçüncü rüb üçün müsbət hesabat və investorları təəccübləndirən nikbin proqnozlarla bağlıdır.

Xüsusilə, ilk dəfə qazanc əldə edən "Cybertruck" elektrik pikapının satışı gözlənilməz bir hadisə olub. Ümumiyyətlə, ilin birinci yarısında satışlar tələbin bərpası ilə azalmağa başlayıb. Səhm başına düzəliş edilmiş mənfəət dörd rüb ərzində ilk dəfə analitiklərin təxminlərini üstələyib.

Həmçinin investorlarla ünsiyyətdə şirkətin prezidenti İlon Mask bir daha ən cəsarətli proqnozları təkrarlayıb. Digər məsələrin arasında o, "Tesla"nı dünyanın ən dəyərli şirkəti edəcəyini və gələn il tədarüklərdə 20-30 faiz artım təmin edəcəyini vəd edib.

İş adamı 2026-cı ildə "Cybercab" robotaksinin kütləvi istehsalına başlamaq və nəticədə iki milyon, bəlkə də dörd milyon avtomobil səviyyəsinə çatmaq planını təsdiqləyib. O əlavə edib ki, gələn il daha sərfəli modellər təqdim oluna bilər, lakin "Toyota Corolla" kimi kütləvi bazar avtomobilləri ilə rəqabət mövzusu barədə danışmayıb.

Maska görə, 25.000 dollarlıq elektrik avtomobili mənasızdır və şirkət 30.000 dollara başa gələn avtonom avtomobillərə diqqət yetirməlidir.

Milyarder həmçinin ABŞ prezidentliyinə namizəd olan Donald Trampın noyabrın 5-də keçiriləcək seçkilərdə qalib gələcəyi təqdirdə dövlət vəzifəsini qazanacağına işarə vurub və bunu avtonom nəqliyyat vasitələrini idarə etməyə görə icazə alacağını gözlədiyini bildirib.

Sevinc İBRAHİMZADƏ