“SpaceX” orbitə daha 22 peyk BURAXDI

 12:10 27.10.2024     449

“Falcon 9” daşıyıcı raketi “Starlink” qlobal internet əhatə sistemi orbital qrupunun tamamlanması üçün növbəti 22 minipeyk partiyasını uğurla orbitə çıxarıb.

​​​​​Redaktor.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

“22 “Starlink” peykinin buraxılışı təsdiqlənib”, – məlumatda qeyd olunub.

Məlumata əsasən, raketin buraxılışı şənbə günü Floridada Kanaveral burnundakı ABŞ Kosmik Qüvvələri bazasının 40-cı start kompleksindən ABŞ-nin Şərq sahili vaxtı ilə saat 17:47-də (Bakı vaxtı ilə bazar günü saat 01:47-də) həyata keçirilib. Təxminən bir saat sonra peyklər daşıyıcının ikinci pilləsindən ayrılaraq orbitə çıxıb.

Bildirilib ki, buraxılış çərçivəsində 19-cu dəfə istifadə olunan daşıyıcı raketin birinci çoxdəfəli pilləsi ayrıldıqdan sonra Atlantik okeandakı “Just Read The Instructions” dron-platformasına idarə olunan şaquli eniş edib.