"Samsung"un büdcəyə uyğun 5G-ni dəstəkləyən modeli bəlli oldu

 17:37 28.10.2024     82

"Samsung" Galaxy A0X seriyasında ilk büdcəli 5G smartfonunu təqdim etməyə hazırlaşır.

Redaktor.az xəbər verir ki, yeni "Galaxy A06" 5G bu seriyada 5G-ni dəstəkləyən ilk cihaz olacaq.

Əvvəllər yalnız 4G dəstəyi olan modellərin yer aldığı bu seriya sadə və sərfəli smartfona ehtiyacı olan istifadəçilər üçün nəzərdə tutulmuşdu. 

Yeni nəsil mobil şəbəkələri dəstəkləyən yeni prosessor istisna olmaqla, texniki xüsusiyyətlərin əksəriyyəti "Galaxy A06"nın 4G versiyası ilə eyni qalacaq. Bu, istifadəçilərə öz təcrübələərində əhəmiyyətli dəyişikliklər etmədən daha sürətli şəbəkəyə köçməyə imkan verəcək.

Qeyd edək ki, 5G ilə büdcə variantını geniş auditoriyaya təqdim edən bu yeni məhsulun satışa çıxarılması "Samsung" üçün mühüm addım olacaq.

Sevinc İBRAHİMZADƏ