Telefon alarkən nəzərə alınmalı ən vacib AMİL
Telefon alarkən nəzərə alınmalı olan ən vacib amillərdən biri yaddaşın həcmidir. Yaddaşı 128 GB-dan aşağı olan modellər aktiv istifadə üçün uyğun deyil
Redaktor.az xəbər verir ki, bu barədə "UfacityNews" mütəxəssislərin tövsiyələrini qeyd edib.
Mütəxəssislər yüksək dəqiqlikli videoları aktiv şəkildə çəkən, oyunlar oynaynamağı sevən, yaxud telefonunda çoxlu sayda fayl saxlayan insanların 512 GB və ya daha yüksək yaddaşa malik modelləri seçməyi tövsiyə edir. Bununla belə, onlar xəbərdarlıq edirlər ki, əgər telefon böyük fayllar və oyunlarla doludursa, “ehtiyat” əlavə yaddaş almaq məsləhətdir.
Ekspertlər həmçinin foto və video materialların saxlanması üçün bulud xidmətlərindən istifadənin mümkünlüyünü xatırladıblar. Bu, böyük həcmdə daxili yaddaşa malik modeli alarkən pulunuza qənaət edəcək. Bununla belə, böyük diskə əsaslanan onlayn xidmətlər üçün hər ay ödəniş etməli olduğunuzu nəzərə almalısınız.
Sevinc İBRAHİMZADƏ