"Google"un aylıq istifadəçilərinin sayı 2 milyardı ötdü
"Google Xəritə" şirkətin aylıq 2 milyard istifadəçini keçən ən son məhsuludur. Bu uğur "Search", "Gmail", Android, "Chrome", "Play Store" və "YouTube" daxil olmaqla 2 milyarddan çox istifadəçisi olan "Google" məhsullarının ümumi sayını yeddiyə çatdırır.
Redaktor.az xəbər verir ki, bu barədə "Alphabet"in 2024-cü ilin 3-cü rübündə "Google"un baş icraçı direktoru Sundar Pichai elan edib.
Pichai süni intellektin "Google" əməliyyatları üçün getdikcə daha çox əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Onun sözlərinə görə, "Gemini"nin API-si son altı ayda demək olar ki, 14 dəfə artıb.
Pichai həmçinin bildirib ki, hazırda 150 milyondan çox Android cihazında mövcud olan "Circle to Search" və ayda 20 milyarddan çox təsvirin axtarışına imkan verən "Google Lens" kimi funksiyalar "Google"un süni intellekt alətlərinin artan imkanlarınınnəticəsidir.
Sevinc İBRAHİMZADƏ