Süni intellekt "YouTube"da mahnıların remikslərini yaratmağa başladı

 16:43 14.11.2024     241

"YouTube" seçilmiş bloqçulara öz "Shorts" videoları üçün lisenziyalı musiqinin dəyişdirməyə imkan verən "Dream Track" adlı yeni süni intellektlə işləyən funksiyanı sınaqdan keçirir. Təcrübə sadə mətn sorğusundan istifadə etməklə mahnının janr kimi elementlərini dəyişməyə imkan verir. Daha sonra AI orijinal mahnının unikal 30 saniyəlik remiksini yaradır.

Redaktor.az xəbər verir ki, eksperimental qrupdakı bloggerlər uyğun mahnı seçə, onu necə dəyişdirmək istədiklərini göstərə və yenidən işlənmiş treki ala bilərlər. Yenidən işlənmiş parçalar orijinal sənətçiyə hesablanacaq və AI tərəfindən yaradıldığı aydın şəkildə müəyyən ediləcək. Layihəyə Charlie Puth, Charli XCX, Demi Lovato və John Legend kimi məşhur sənədçilər daxildir.

Remiks üçün mövcud olan mahnıların tam siyahısı hələ açıqlanmasa da, bu yenilik "YouTube"un süni intellekti öz xidmətlərinə inteqrasiya etməsinə uyğun gəlir. Hesabatlara görə, "YouTube" əsas musiqi şirkətlərini mahnıların süni intellekt modellərini öyrənməyə dəvət edə bilər.

Sevinc İBRAHİMZADƏ