"Mitsubishi"nin ən problemli avtomobili bəlli oldu

 17:42 14.11.2024     221

"Mitsubishi" seriyasındakı ən problemli avtomobillərdən biri "Colt"dur.

Redaktor.az xəbər verir ki, bu barədə “Avtovzglyad” portalı avtomobil eksperti Aleksandr Korotkova istinadən məlumat yayıb.

"Bu model etibarlılıq problemləri və yüksək texniki xidmət tələbləri ilə tanınır. Məsələn, "Colt" tez-tez transmissiya və elektron nasazlıqlarla üzləşir. Onun hissələrini tapmaq xüsusilə köhnə modellər üçün çətin ola bilər", - Korotkov bildirib.

Mütəxəssis əlavə edib ki, "Colt" keyfiyyətsizliyi ilə də məşhurdur.

Sevinc İBRAHİMZADƏ