X-dən imtina edən şirkət və qurumların sayı ARTIR

Böyük Britaniyada fəaliyyət göstərən "The Guardian" qəzeti noyabrın 13-dən etibarən "X" hesabından xəbər paylaşımını dayandırıb.
Redaktor.az xəbər verir ki, qəzet platformadan ayrılma səbəbi kimi ərizədə irqçilik və sui-qəsd nəzəriyyəsi kimi "narahatedici məzmunu" göstərib.
Qəzet rəhbərliyi qərarla bağlı verdiyi açıqlamada tətbiqdən istifadə etməyin zərərinin faydasından çox olduğunu müdafiə edib.
"The Guardian"nın "X"də 10,7 milyon X izləyicisi var idi.
Tətbiqin sahibi İlon Mask bu qərarla bağlı etdiyi paylaşımda bunun əhəmiyyətinin olmadığını bildirib.
Türkan İSGƏNDƏRLİ