Hindistan kosmosa peyk GÖNDƏRƏCƏK

 12:43 16.11.2024     841

Hindistanın yeni nəsil ağır rabitə peyki "GSAT-20" növbəti həftə orbitə buraxılacaq.

Redaktor.az xəbər verir ki, bu barədə NDTV kanalı məlumat yayıb.

Məlumata görə, peyk Amerikanın SpaceX şirkətinin Falcon-9 daşıyıcısı ilə Kanaveral burnundan buraxılacaq.

Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) tərəfindən inşa edilən 4700 kq-lıq peyk digər raketlərə nisbətən böyük ölçülüdür. 

Qeyd edək ki, "GSAT-20" peyki Hindistanın ucqar rayonlarının rabitə xidmətlərinə artan tələbatını ödəmək üçün xüsusi olaraq hazırlanıb və bütün ölkə ərazisində genişzolaqlı internetə çıxışı təmin edəcək. Onun xidmət müddətinin 14 il davam edəcəyi gözlənilir. 

Türkan İSGƏNDƏRLİ