Ən təhlükəli avtomobillərin siyahısı açıqlandı

 01:00 18.11.2024     494

Amerikanın “iSeeCars” tədqiqat şirkəti ən təhlükəli avtomobillərin reytinqini tərtib edib.

Redaktor.az xəbər verir ki, bu barədə sözügedən şirkətin məlumatında deyilir.

Məlumata görə, mümkün təhlükəli qəzada sürücü və sərnişinlərinin sağ qalmaq ehtimalı az olan “Hyundai Venue” krossoverləri, “Chevrolet Corvette” və “Porsche 911” idman avtomobilləri, həmçinin Honda CR-V hibrid krossoveri, həmçinin kompakt “Mitsubishi Mirage” kimi modellər ön sıralardadır.

Eyni zamanda, riskli 23 nəqliyyat vasitəsinə iki Tesla modeli - Model Y və Model S daxildir, baxmayaraq ki, onlar sürücüyə qabaqcıl yardım sistemləri ilə təchiz edilib. Bu siyahıda həmçinin “Kia Forte”, “Seltos”, K5 və “KİA Soul” da var.

//Axar.az