Bu telefonlar bahalaşacaq
Bəzi bazarlarda "Samsung Galaxy S25" seriyalı smartfonların qiyməti 130 dollar artacaq.
Redaktor.az "TheGalox"a istinadən xəbər verir ki, qiymət artımının əsas səbəbi çip, kamera, ekran və yaddaş kimi komponentlərin artan xərcləridir.
Bildirilir ki, yeni "Galaxy S25" və S25+ cihazları qlobal bazarda istifadə olunacaq "Qualcomm Snapdragon 8 Elite" prosessoru ilə təchiz olunacaq.
Komponentlərin bahalaşması "Samsung"u qiymət siyasətinə yenidən baxmağa məcbur edib. 130 dollarlıq qiymət artımı "Galaxy S25" seriyalı smartfonları əvvəlki modellərdən xeyli bahalaşdıracaq ki, bu da onların satışlarına təsir göstərə bilər.
Sevinc İBRAHİMZADƏ