"Hyundai" 145 mindən çox elektrik avtomobilini geri çağırdı
"Hyundai" ABŞ-də təxminən 145 235 elektrikli avtomobilini geri çağırıb.
Redaktor.az xəbər verir ki, buna səbəb şarj tənzimləyiciləri ilə bağlı kritik problem olub.
Geri çağırılma bəzi "Ioniq 5", "Ioniq 6" və 2022-2025 "Genesis GV70" və "Genesis G80" kimi lüks elektrikli avtomobillər də daxil olmaqla bir sıra modelləri əhatə edir. "Hyundai" dilerləri zərər çəkmiş avtomobilləri yoxlayacaq, nasaz komponentləri dəyişdirəcək və proqram təminatını pulsuz yeniləyəcək.
"Hyundai"nin alt brendi olan "Kia" isə 2022-ci ildən 2024-cü ilə qədər əsasən "Kia EV6" modelləri olan daha 62 000 elektrik avtomobilini şarj idarəetmə blokunda eyni problemi əsas gətirərək geri çağırır.
Sevinc İBRAHİMZADƏ