İş yerlərində insan əməyi robotlarla əvəzlənir
Cənubi Koreya işçi qüvvəsinin avtomatlaşdırılması sahəsində liderlik edir və hazırda işçi qüvvəsinin 10%-dən çoxu robotlarla əvəzlənib.
Redaktor.az xəbər verir ki, bu barədə Beynəlxalq Robototexnika Federasiyasının (IFR) yeni hesabatında göstərilib.
Təhlildə ölkədə robot sıxlığı da qeyd olunur. Belə ki, hər 10 000 işçiyə 1012 robot düşür ki, bu da 2018-ci illə müqayisədə 5% çoxdur.
Sinqapur 10 000 işçiyə 770 robotla ikinci, Çin isə 10 000 işçiyə 470 robotla Almaniya və Yaponiyanı geridə qoyaraq üçüncü yerdə qərarlaşıb.
Robotların qlobal qəbulu artmaqda davam edir. Avropa Birliyində bu rəqəm 5,2 faiz artaraq, Almaniya, İsveç və Danimarka kimi ölkələrlə birlikdə 10 000 işçiyə 219 robot sıxlığına çatıb. Şimali Amerikada robot sıxlığı 4,2% artaraq 10 000 işçiyə 295 robotla ABŞ-ni dünyada 10-cu yerə qoyub.
Sevinc İBRAHİMZADƏ