"TikTok"un rəhbəri İlon Mask ilə müzakirələr etdi

 10:26 27.11.2024     90

"TikTok" sosial şəbəkəsinin ana şirkəti olan Çinli "ByteDance" şirkətinin baş direktoru ilə İlon Mask arasında görüşlər olduğu öyrənilib. Çin tərəfinin rəhbəri ABŞ-də prezident seçkiləri ərəfəsində Maska yaxınlaşıb.

Redaktor.az-ın məlumatına görə, onun Maska müraciəti təsadüfi deyil. Proqnozlaşdırıldığı kimi, Tramp onu Hökumətin Səmərəliliyi Departamentinə rəhbər təyin edib və administrasiyanın tərkibi və prezidentlə əlaqələr "TikTok"un ABŞ-dəkı gələcəyi üçün son dərəcə vacibdir. Bundan əlavə, sosial şəbəkənin davası may ayından davam edir və şirkət Amerika bölməsini satmaq riski altındadır.

Çox güman ki, danışıqlar da bu barədə olub. Görüşlə bağlı çox az təfərrüat məlumdur.

Rəsmi olaraq məlumdur ki, Tramp administrasiyası dövründə ümumilikdə texnologiya sektorunun gələcəyi ilə bağlı müzakirələr aparılıb.

Sevinc İBRAHİMZADƏ