Yeni "iPhone 17 Pro"nun dizaynı belə OLACAQ - FOTO
İnternetdə "iPhone 17 Air" və "iPhone 17 Pro"nun iddia edilən dizaynının görüntüləri ortaya çıxıb. Bu, "iPhone X"in təqdimatından bəri ən böyük yeniləmə ola bilər.
Redaktor.az-ın məlumatına görə, "iPhone 17 Slim"in əsas xüsusiyyəti onun minimum qalınlığı olacaq ki, bu da mənbələrə görə cəmi 5-6 mm-dir. Müqayisə üçün qeyd edək ki, "Apple"ın bu günə qədərki ən nazik smartfonu olan "iPhone 6"nın qalınlığı 6,9 mm-dir.
Lakin Apple mühəndisləri bir problemlə qarşılaşıblar: "iPhone 17 Slim"ə hələ fiziki SİM kart üçün qab yerləşdirə bilməyiblər. ABŞ-də "iPhone"ların son iki nəsli fiziki kartlar olmadan, yalnız eSIM-dən istifadə edir, lakin bəzi ölkələrdə SİM kart yuvasının mövcudluğu aktual olaraq qalır.
Sevinc İBRAHİMZADƏ