Çin orbitə gizli peyk buraxdı

Gizli peyk daşıyan "Long March 3B" raketi Çinin cənub-qərbindəki Xichang kosmodromundan buraxılıb.
Redaktor.az xəbər verir ki, bu barədə "SpaceNews" məlumat yayıb.
Məlumata görə, orbitə buraxılan kosmik gəmi eksperimental telekommunikasiya peyki olan TJS-13 rabitə, radio, televiziya, məlumatların ötürülməsi və digər xidmətlərdə istifadə üçün nəzərdə tutulub. Həmçinin bildirilir ki, TJS-13 peyki ilə bağlı konkret detalların olmaması potensial ikili istifadə və ya hərbi imkanlardan xəbər verir.
Türkan İSGƏNDƏRLİ