Dünyanın ən çox satılan telefonu bəlli oldu

 08:56 04.12.2024     190

2024-cü ilin dördüncü rübündə ən çox satılan smartfonlar bəlli olub. İlk üçlükdə "iPhone 15" seriyasındakı "Apple" cihazları olub.

Redaktor.az xəbər verir ki, bu barədə "Counterpoint Research" analitik agentliyinin hesabatında dərc olunub.

"iPhone 15" bu rübdə qlobal satışların 3%-i ilə birinci yerdədir. İkinci yeri "iPhone 15 Pro Max", üçüncü yeri isə "iPhone 15 Pro" tutub.

Sıralamada "Samsung"un "Galaxy A15 5G" və "Galaxy A15 4G" modelləri müvafiq olaraq dördüncü və beşinci yerləri tutublar. Bunun ardınca "iPhone 14", "Xiaomi Redmi 13C", "Samsung Galaxy A05", "Galaxy S24", "Ultra Galaxy S24" gəlir.

Sevinc İBRAHİMZADƏ