Koreyada "Telegram" istifadəçilərinin sayı artdı
Cənubi Koreyada hərbi vəziyyət elan edildikdən sonra "Telegram" mesajlaşma proqramının istifadəçilərinin sayı kəskin artıb.
Redaktor.az xəbər verir ki, bu barədə yerli “Yonha” xəbər agentliyi məlumat yayıb.
"Telegram" digər resursların işinin qeyri-sabitliyi səbəbindən fövqəladə hallarda yerli istifadəçilər üçün əsas ünsiyyət vasitəsinə çevrilib. Problem hərbi vəziyyət şəraitində özünü göstərib. Həddindən artıq trafik və şəbəkə sıxlığı yaşanıb. Buna görə də Cənubi Koreya sakinləri kütləvi şəkildə bir-birlərinə "Telegram"da qeydiyyatdan keçməyi məsləhət görməyə başlayıblar.
Sevinc İBRAHİMZADƏ