Çinin avtomobil şirkəti ilk dəfə satışlarda "Ford"u ötdü

 16:52 04.12.2024     138

Çinin elektrik avtomobil istehsalçısı BYD qlobal satışlarda Amerika avtomobil nəhəngi "Ford"u geridə qoyub.

Redaktor.az xəbər verir ki, bu barədə "Nikkei" məlumat yayıb.

BYD bu rübdə yeddinci yerdə olan "Ford"u geridə qoyaraq ABŞ-nin “Böyük Üçlük” şirkətlərindən birini ötüb keçən ilk Çin avtomobil istehsalçısı olub.

Belə ki, BYD 2024-cü ilin iyul-sentyabr aylarında satış həcminə görə dünyada altıncı yeri tutub. Çin avtomobil istehsalçısı bu müddət ərzində 1,13 milyon avtomobil satıb.

Eyni dövrdə Çinin "Geely" şirkəti satışlarını ötən ilin eyni dövrü ilə müqayisədə (820 min ədəd) 14% artıraraq, "Nissan"ı qabaqlayaraq 9-cu yeri tutub.

Sevinc İBRAHİMZADƏ