"TikTok"dan istifadə məhdudlaşdırılacaq

 10:08 16.12.2024     174

ABŞ-də federal apellyasiya məhkəməsi millət vəkillərinin ölkədə "TikTok"dan istifadəni dayandırmaq və ya tamamilə qadağan etmək tələblərini təsdiq etdikdən sonra ABŞ Nümayəndələr Palatasının Çin Komitəsinin sədri Con Mulenaar "Google" və "Apple"dan sosial şəbəkəni silməyə hazırlaşmağı tələb edib .

Redaktor.az-ın məlumatına görə, 19 yanvar tarixinə qədər "Google Play" və "App Store" sahibləri sosial şəbəkənin əsas şirkəti ABŞ Ədliyyə Nazirliyinin məhkəmə qərarları və tələbləri ilə razılaşmasa, "TikTok"u silməyə hazırlaşmalı olacaqlar.

“Konqres ABŞ-nin milli təhlükəsizliyini qorumaq və Amerikadakı "TikTok" istifadəçilərini Çin Kommunist Partiyasından qorumaq üçün qətiyyətli addımlar atdı. Biz "TikTok"u dərhal uyğun bir satış etməyə təşviq edirik", - deyə Mulenaar qeyd edib.

Sevinc İBRAHİMZADƏ