"Apple" ilk qatlana bilən smartfonunu bu tarixdə buraxacaq
"Apple" seriyanın qlobal yeniləməsinin bir hissəsi olacaq ilk qatlana bilən "iPhone"u hazırlayır.
Redaktor.az xəbər verir ki, analitiklərin fikrincə, cihaz 2026-cı ildən əvvəl, "iPhone 17" təqdim edildikdən sonra buraxılmayacaq.
Qatlana bilən smartfonun ölçüsü "iPhone 16 Pro Max"ın ekranından çox olacaq daxili çevik ekrana sahib olacaq.
Şirkət mexanizmlərin keyfiyyətinə və davamlılığına dair tələblərə görə cihazın buraxılışını uzun müddət gecikdirib. Çevik displey və təkmilləşdirilmiş menteşə "Apple"ın yüksək standartlarına cavab verməlidir.
Qeyd edək ki, qatlanan qurğular hazırda smartfon bazarının 2%-dən azını təşkil edir, lakin "Apple" bunu dəyişməyi gözləyir.
Bu cihaz şirkətin əvvəlki modellərdə minimal yeniləmələr səbəbindən yavaşlayan satışları artırmaq səylərinin bir hissəsi olacaq.
Sevinc İBRAHİMZADƏ