Bu ölkə sosial şəbəkələrdə qaydaları sərtləşdirəcək
Britaniya sosial media şirkətlərinin ölkədəki böhranlara reaksiya verməsi ilə bağlı sərt tələblər qoyması üçün onlayn qanunsuz məzmuna qarşı qaydalarını genişləndirməyi planlaşdırır.
Redaktor.az xəbər verir ki, bu barədə Britaniyanın "Ofcom" agentliyi məlumat yayıb.
Agentlik 2023-cü il Onlayn Təhlükəsizlik Aktı üçün ilk təkliflərini dərc edib. İnternet platformalarında qeyri-qanuni məzmunu tənzimləyən qanun gələn il əlavə tədbirlər, o cümlədən qeyri-qanuni məzmunun silinməsi ilə bağlı yeni təkliflər təqdim edəcək. Fövqəladə hallar üçün böhrana cavab protokolu da yaradılacaq.
"Ofcom" bildirib ki, şirkətlər indi üç ay ərzində öz platformalarında qeyri-qanuni risklərin qiymətləndirilməsini həyata keçirməlidirlər. Yeni qaydalara əməl edilməməsi platformanın qlobal gəlirinin 10%-nə qədər cərimələnməsi ilə nəticələnə bilər və ya xüsusilə ciddi hallarda məhkəmə Böyük Britaniyada xidmətə girişi bloklaya bilər.
Sevinc İBRAHİMZADƏ