"Telegram"ın gəliri 1 milyardı ötdü

 16:19 23.12.2024     99

"Telegram" Premium abunəliyinin istifadəyə verilməsindən sonra üç il ərzində ilk dəfə gəlirli olub. 

Redaktor.az xəbər verir ki,  bu barədə sosial şəbəkənin təsisçisi Pavel Durov öz hesabında məlumat verib.

“Təxmin etdiyim kimi, 2024-cü il "Telegram" üçün çox uğurlu il oldu. Platforma 3 illik monetizasiya tarixində ilk dəfə gəlirli olub", - deyə o yazıb.

Durov bildirib ki, bu il "Telegram Premium" abunəçilərinin sayı 3 dəfə artaraq 12 milyonu ötüb: "Reklam gəlirləri də bir neçə dəfə artıb. Nəticədə 2024-cü ildə "Telegram"ın ümumi gəliri 1 milyard dolları ötür".

Qeyd edək ki, "Telegram Premium" ödənişli abunəliyi 2022-ci ildə yaradılıb.

Sevinc İBRAHİMZADƏ