Bu ölkə Aya astronavt göndərir
Hindistan kosmik proqramı çərçivəsində 2040-cı ilə qədər Aya astronavt endirməyi planlaşdırır.
Redaktor.az xəbər verir ki, göndərmə tarixləri Hindistan Kosmik Tədqiqatlar Təşkilatının sədri Sridhara Somanath tərəfindən açıqlanıb.
“Biz müstəqilliyimizin 100 illiyini qeyd edəndə Hindistan bayrağı Ayda dalğalanacaq. Adamımız ora gedib, quraşdırıb sağ-salamat qayıdacaq. Bu, 2040-cı ildə baş verəcək”.
Rəhbər vurğulayıb ki, Hindistan 10 ildən sonra özünün kosmik stansiyası yaratmağı planlaşdırır. 2028-ci ildə stansiya modulu işə salınacaq ki, bu da onun tam yerləşdirilməsinə zəmin yaradacaq.
Türkan İSGƏNDƏRLİ