ChatGPT-də problemlər yaşandı

 09:05 27.12.2024     117

Süni intellekt ChatGPT istifadəçiləri bütün planetdə fasilələr olduğunu bildiriblər.

Redaktor.az xəbər verir ki, bu barədə "Downdetector" veb-saytı məlumatları təsdiqləyib.

Problemlə bağlı xəbərlər axşam saatlarından başlayıb. Ən çox şikayət ABŞ-dən gəlib: maksimum sayı 15.600 nəfər problemlə üzləşib. Qazaxıstan, Polşa, Finlandiya, Hollandiya, Kanada, Böyük Britaniya, Fransa, Almaniya, Hindistan və Braziliyadakı istifadəçilər də problemlərdən şikayət ediblər.

Belə ki, ChatGPT veb saytına daxil olduqda "error" verib.

OpenAI mətbuat xidməti ChatGPT, API və Sora-nın işində yüksək tezlikli səhvlərin qeydə alındığını açıqlayıb.

"Bu problemin yüksək səviyyəli provayder tərəfindən törədildiyi müəyyən edilib və biz hazırda onu müşahidə edirik", - şirkət açıqlayıb.

Sevinc İBRAHİMZADƏ