AvtoVAZ istehsalını dayandıracaq

 10:58 27.12.2024     549

Rusiyanın avtomobil istehsalçısı AvtoVAZ 2024-cü il dekabrın 29-dan tətilə çıxacaq. 

Redaktor.az xəbər verir ki, bu barədə brendin mətbuat xidməti məlumat yayıb.

“Əvvəlcədən təsdiq edilmiş qrafikə əsasən, istehsalat bayram günləri və dekabrın 9-dan 12-nə planlaşdırılan birgə korporativ bayram da daxil olmaqla 29 dekabr 2024-cü ildən 2025-ci il yanvarın 12-dək tətil olacaq”, - deyə şirkətin açıqlamasında bildirilir.

Bayram günlərində şirkət "Lada İskra" istehsalına hazırlıq işləri aparacaq, "Lada Niva" ailəsi üçün yeni 1,8 litrlik güc qurğusunun buraxılması üçün mühərrik istehsal xətti modernləşdiriləcək.

Sevinc İBRAHİMZADƏ