Bu nömrələrdən gələn görüntülü zəngləri qətiyyən açmayın! - XƏBƏRDARLIQ
"Whatsappın yeni aktivləşən "ekran paylaş" funksiyası üzərindən kiberdələduzluq halları baş verir".
Redaktor.az xəbər verir ki, bu sözləri İKT üzrə ekspert Elvin Abbasov öz sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, Tanımadığınız nömrələrdən gələn görüntülü zəngləri qəbul etməyin:
"Belə ki, Whatsapp üzərindən müxtəlif xarici nömrələr ilə zəng edərək özlərini güc sturukturlarının əməliyyatçısı kimi təqdim edən dələduzlar, daha öncədən şəxsi məlumatları sosial mühəndislik yolu ilə əldə edilən vətəndaşa öz məlumatlarını təqdim edərək bank tətbiqinizə müdaxilə olub deyərək vətəndaşdan ekran görüntüsün paylaşmaqlarını tələb edirlər. Vətəndaş ekranı paylaşdıqdan sonra isə OTP kodu göndərilir və ekranda görünən kodu əldə edirlər. Dərhal vətəndaşın bank hesabına daxil olaraq mövcud vəsaiti və vətəndaşın adına kredit alaraq öz hesablarına köçürürlər.
E. Abbasov bir neçə telefon nömrəsi paylaşaraq bu kimi xarici nömrələrdən gələn görüntülü zəngləri açmamağı tövsiyə edib:
"Nömrələr tez-tez dəyişir. Bu nömrələrdən gələn zəngləri açmaq çox təhlükəlidir.
+35794064812
+94457002169
+94457993597".
Ekspert məsələ ilə bağlı ona artıq bir neçə nəfər müraciət etdiyini qeyd edib.
Sevinc İBRAHİMZADƏ