BMW konserni satışların azalması ilə üzləşib

 20:14 13.01.2025     71

2024-cü ilin sonunda alman avtomobil istehsalçısı BMW 2023-cü illə müqayisədə qlobal satışlarında 4% azalma ilə üzləşib.

Redaktor.az-ın məlumatına görə, bu barədə "İnterfaks" xəbər verir.

Qeyd olunur ki, hesabat dövründə brend dünya üzrə 2,45 milyon avtomobil satmağa nail olub. Eyni zamanda dördüncü rübdə mənfi göstəricilər qeydə alınıb. 2024-cü ilin oktyabr-dekabr aylarında MINI və "Rolls-Royce" satışları da daxil olmaqla, bütün BMW avtomobillərinin satışı illik müqayisədə 2,9% azalaraq 132,5 min ədədə düşüb. Ötən il yalnız şirkətin elektromobilləri müsbət nəticələr göstərə bilib.

Daxili yanma mühərrikləri olan avtomobillərin mənfi satış rəqəmləri Çində zəif nəticələr və əyləc sistemində problemlər aşkar edildikdən sonra çatdırılmanın dayandırılması ilə əlaqələndirilir.

Qeyd edək ki, avtomobil sənayesinin qlobal oyunçuları tənəzzül dalğası ilə üzləşiblər. "Volkswagen", "Audi", "Bentley", "Nissan", "Toyota", BMW, "Peugeot", "Citroen" və başqalarının satışları xeyli azalıb və nəticədə mənfəət düşüb. Şirkətlər minlərlə iş yerini ixtisar etməyə və fabrikləri bağlamağa hazırlaşır.

Turan İSMAYIL