Rekord sayda nazik qatlanan smartfon BURAXILACAQ
Çinin "Oppo" şirkəti rekord sayda nazik qatlanan smartfon buraxmağı planlaşdırıb.
Redaktor.az xəbər verir ki, bu barədə “PhoneArena” məlumat yayıb.
Məlumata görə, "Oppo Find N5" flaqman smartfonu fevral ayında təqdim edilməlidir. Telefon qələmlə müqayisədə daha nazikdir. Belə ki, flaqmanın qalınlığı 4 millimetrdən az, karandaşın diametri isə təxminən 7-8 millimetr olacaq.
"Oppo Find N5" 8 düymlük və əlavə 6,4 düymlük ekran alacaq. O 16 giqabayt operativ yaddaşa və 1 terabayt daxili yaddaşa sahib olacaq.
Türkan İSGƏNDƏRLİ