Birbank mobil tətbiqində yaranan narahatlıqla bağlı AÇIQLAMA

 21:08 27.01.2025     668

Hazırda Birbank mobil tətbiqinin fəaliyyətində müvəqqəti fasilələr yaranıb. 

Bu barədə Redaktor.az-a "Kapital Bank"dan məlumat verilib.

"Bank əməliyyatlarını rahat və fasiləsiz həyata keçirməyin müştərilərimiz üçün nə qədər vacib olduğunu anlayır, yaranan narahatlığın ən qısa zamanda həlli üçün tam gücümüzlə çalışırıq. 

Həmçinin məlumat üçün bildirmək istəyirik ki, müştərilərimiz kartla POS-terminal, eləcə də Apple Pay və Google Pay ödənişlərini rahatlıqla edə bilərlər.

Müştərilərimizə anlayışları üçün təşəkkür edirik", - məlumatda deyilir.