"Honda" "Nissan"a törəmə şirkət olmağı təklif ETDİ

 15:10 04.02.2025     91

Yaponiyanın avtomobil istehsalçısı "Honda Motor" daha bir iri yerli avtomobil istehsalçısı "Nissan Motor"a onun törəmə müəssisəsi olmağı təklif edib.

Redaktor.az xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.

Maraqlıdır ki, 2024-cü ilin dekabrında rəsmi olaraq elan edilən orijinal plan, ortaq holdinq yaratmaqla iki korporasiyanın biznesinin inteqrasiyasını nəzərdə tuturdu. "Nissan"ın "Honda"nın təklifinə necə cavab verməyi planlaşdırdığı hələlik məlum deyil.

İki böyük yapon konsernləri arasında təklif olunan ittifaq yerli analitiklər tərəfindən elektrikli avtomobil bazarında Çin avtomobil istehsalçıları ilə artan rəqabətə cavab kimi qiymətləndirilir. Birləşmə baş verərsə, qlobal avtomobil sənayesi Yaponiyanın "Toyota" və Almaniyanın "Volkswagen" şirkətlərindən sonra dünyanın üçüncü ən böyük korporasiyasını yaradacaq. Mütəxəssislərin fikrincə, belə bir addım qlobal elektromobil bazarında lider olan Amerikanın "Tesla" və Çinin "BYD" şirkətləri ilə daha aktiv rəqabət üçün investisiyaları cəlb edəcək.

Turan İSMAYIL