"Google" Aİ-yə qarşı ÇIXIR

 10:51 10.02.2025     100

Amerikanın "Google" şirkəti Avropa İttifaqının süni intellekt (AI) sahəsini tənzimləmək üçün hazırladığı yeni qaydalar toplusuna qarşı çıxır.

Redaktor.az xəbər verir ki, bu barədə "Google"un qlobal məsələlər üzrə prezidenti Kent Uoker bildirib.

Yeni qaydalar toplusu 2024-cü ildə qəbul edilmiş Avropa qanununun davamı olacaq. Kodeks qanunun müddəalarını təkmilləşdirmək məqsədi daşıyır və müxtəlif süni intellekt modellərini öyrətmək üçün istifadə olunan məlumatların açıqlanması və sistem riskləri ilə mübarizə tədbirləri kimi mövzulara toxunur. Sənəd üzərində işlərin 2025-ci ilin aprel ayına qədər başa çatdırılması gözlənilir.

Uoker Avropanın süni intellektdə rəqabət aparmaq üçün mübarizə apardığı bir vaxtda Aİ-nin planının səhv istiqamətdə atılmış addım olduğunu deyib.

Türkan İSGƏNDƏRLİ