"Apple" məhsullarının sağlamlığa təsiri qiymətləndiriləcək
![](https://img.redaktor.az/news/2025/02/photo_270271.webp)
"Apple" korporasiyası öz qadcetlərinin istifadəçilərin sağlamlığına təsirini qiymətləndirmək üçün genişmiqyaslı araşdırmaya başlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə "MacRumors" məlumat yayıb.
Nəşrdə deyilir ki, "Apple Health Study"nin məqsədi "iPhone", "Apple Watch" və "AirPods"un sahiblərinin sağlamlığını necə yaxşılaşdırdığını anlamaqdır. ABŞ-dən "Apple Research" proqramını yükləyən və məlumatların işlənməsinə razılıq verən istifadəçilər iştirak edə biləcəklər.
İT nəhənginin nümayəndələri tədqiqatı indiyədək ən əhatəli adlandırıblar. O aktivlik, qocalma, ürəyin, qan damarlarının və qan dövranının vəziyyəti, eşitmə, menstrual sağlamlıq, psixi sağlamlıq və digər aspektləri əhatə edəcək. Səhiyyə mütəxəssisləri həmçinin sağlamlığın müxtəlif aspektləri arasında əlaqə axtarmaq üçün istifadəçi məlumatlarından istifadə edəcəklər.
Türkan İSGƏNDƏRLİ